SEVGİLİLƏR GÜNÜ Sözləri 2016

---14 fevral Sevgililər Günü Mesajları---

___
Səni təxmin edəcəyin qədər deyil, dözüm edə bilməyəcəyin qədər çox sevirəm. Sənə "Sevgilim!" deyə bildiyim üçün özümü çox şanslı görürəm.
___
Gözlərin gözlərimdə, əllərin əllərimdə, eşqin içimdə və ruhun bədənimdə olduğu müddətcə səni sevməyə davam edəcəyəm. Sevgililər gününü təbrik edirəm canım mənim...
___
Bilirsən hər göyqurşağının bitdiyi yerdə bir xəzinə saxlanarmış. Atalarımız belə deyərdi. Göyqurşağını izlədim bu yaxınlarda səndə bitdi... Ən qiymətli xəzinəmsən mənim, canımsan. Sevgililər günümüz mübarək.
___
Kometalar vardır, dünyaya yetmiş ildə bir gəlirlər. İnsanlar onu həyatı boyunca bəlkə bir dəfə görərlər. Mən o ulduzu gördüm, o da sənsən bidənəm.
___
Ayrılıq kiçik sevgiləri öldürər amma böyük sevgiləri gücləndirər. Eynilə küləyin şamı söndürüb yanğını gücləndirdiyi kimi... Bizim də sevgimiz həmişə yaşayacaq və daha da güclənəcək sevgilim. Sevgililər günümüz Mübarək!
___
sənə dijital bir gül göndərirəm, çünki uzaqlarda əlimdən ancaq bu qədəri gəlir. Amma bil ki gerçəyini, gözlərinin içinə baxaraq vermək istəyərdim. Və səni sevdiyimi pıçıldamaq.. Sevgililər günümüz mübarək! Səni dənizdəki qumlar, göydəki ulduzlar qədər çox sevirəm...
___
Doğan hər günün səhərində içimdə gözlərini görə bilmək eşqi olmasa, inan heç bir şeyə dəyməzdi yaşamaq. Sevgililər günün mübarək canım!
___
Bir qurtum sevgi böyük bir okeana əvəzdir. İndi uzaqlarda sənin bir qurtum sevginə həsrətəm sevgilim. Səni həsrətimi istehlak edərcəsinə qucaqlayıram.
___
Sənə ulduzlar qədər yaxın olmaq istəyərdim hər baxdığında məni görə bilməyin üçün, sənə buludlar qədər yaxın olmaq istəyərdim kədərləndiyində gözyaşlarını yağış olub silə bilmək üçün, sənə sən qədər yaxın olmaq istəyərdim ki məni, səni sevdiyim qədər sevə bilməyin üçün. Sevgililər günün mübarək birdənəm.
___
Səni dənizdəki qumlar, göydəki ulduzlar, meşədəki ağaclar, dünyadakı insanlar, okeandakı sular və günəşin işıqlarından daha çox sevirəm.
___
Buludlara yüklədim həsrətimi, küləklərlə göndərdim sevgimi, yağışlar yağdırdım gözyaşlarımla kiçik mələklər göndərdim səni öpməyə! Sevgililər günün mübarək Sevgilim!
___
Bir quş olub getsəm, aşsam bu ənginləri, varsam sənin yanına. Öpsəm doyana qədər,qoxlasam səni, ən böyük hədiyyə odur mənə.
___
Gecə bir başqa geyər qarasını, ulduzlar daha bir sönük olar və həyat daha bir namərd oynayar oyununu sən yanımda yoxsansa əgər. Ağ bir göyərçin göndərirəm sənə; qanadlarında xoşbəxtlik, ürəyində sevgi və sədaqət, qarbəyazı tüklərində ümid və dimdiyində yaxşı gecələr öpüşü, uzat yanağını . Muuckk!!!
SEVGİLİLƏR GÜNÜ Sözləri 2016 SEVGİLİLƏR GÜNÜ Sözləri 2016 Reviewed by minbirmahni on 15:01:00 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.