8 Martın Tarixi Ve Islamda Qadina Verilen Deyer


8 Martın Tarixi


1857-ci il Nyu-York: Qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa e`tiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.


1908-ci il Nyu-York: 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi . Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini infadə edirdi.

1909-cu il: Avropadaki qadınlar, Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq keçirdi..

1910-cu il: Clara Zetkin isimli bir alman sosialist qadın, Qadın Sosialist İnternasiyonalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.

1911-ci il: Kophenagen qərarından sonra ilk dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi.

1917-ci il: Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı ” çörək və sülh” adlı nümayiş keçirdilər. 8 Martda olan bu tə`til, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.

1977-ci il: Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi.
İndi isə təqvimlərimizdə 8 Mart tarixinin qırmızı, yəni bayram günü kimi qeyd olunmasının qısa tarixinə toxunmaq istərdik.

Bildiyimiz kimi 8 Mart tarixinin məhz bu cür təntənəli şəkildə qeyd olunması bilavasitə Klara Çetkinin adı ilə bağlıdır. Rus, Keçmiş Sovet və Kommunist qaynaqlarında verilən məlumata görə 1910-cu ildə inqilabçı qadın Klara Çetkin Beynəlxalq Qadınlar Konfransında 8 mart tarixinin qadın proletariatının doğum günü kimi qeyd olunması təklifini irəli sürmüşdür. Onun fikrincə 8 mart bütün dünya qadınlarının öz bərabərhüquqluğu uğrunda mübarizə günü olmalı idi.

Rusiyada Beynəlxalq Qadınlar günü ilk dəfə 1913-cü ildə Peterburq şəhərində qeyd olunmuşdur.1965-cil ildən
8 Mart istirahət günüdür. Sovet ittifaqı dağıldıqdan sonra 8 Mart bir sıra dövlətlərin, o cümlədən Azərbaycanın dövlət bayramları siyahısına daxil edilmişdir.



Gəlin bir qədər İslamda qadına 
ALLAH tərəfindən verilən hüquqlara nəzər yetirək.


Bəşər tarixində qadının ilk dəfə tam və mükəmməl hüqquqlara malik olması məhz Allahın göndərdiyi qanunlardan sonra olmuşdur. 
Dinimiz qadınlara ehtiramlı olmağı, onlarla gözəl davranmağı buyurmuşdur.
Bunun üçün isə il ərzində olan günlardən heç bir məxsusi gün ayırmamışdır.
Allahın qanunu təkcə bir gün üçün deyil, hər an üçün movcuddur və qüvvədədir.

 Bütün bunlarla yanaşı Peyğəmbər(s.a.v)in də bir sıra hədisi-şəriflərində qadınlara qarşı gözəl davranmaq və onun fəzilətləri göstərilmişdir.

Abdullah İbnu Amr (r.a)ın rəvayət etdiyi bir hədisi-şərifdə Rəsulullah(s.a.v) belə buyurmuşdur:
 “Sizlərdən ən xeyirliniz qadınlarına qarşı ən yaxşı davrananınızdır.”. 
Digər bir hədisdə isə Rəsulullah (s.a.v) belə buyurmuşdur:
 “ Ən xeyirliniz qadınlarına və qızlarına qarşı xeyirli olanınızdır.”
Buradan göründüyü kimi dinimiz bizlərə ilin təkcə bir günündə deyil, daim qadınlara və qızlara qarşı gözəl və nəzakətli davranmağı biz müsəlmanlar üçün ən ali məsələlərdən buyurmuşdur.

Ümumiyyətlə İslam gözəllik və sevgi dini olmaqla insanları daim bir-birinə qarşı şəfqətli olmağı, bir-birini sevməyi, bir-birilə də gözəl və sevgilə davranmağı tövsiyə edir.
 Bütün bunlar isə Klara Çetkindən çox-çox əvvəl, hələ VII əsrdə Allahın kitabında bütün özəllikləri ilə öz əksini tapmışdır.


Allah biz müsəlmanları qadınlara qarşı daha zərif davranmaqda, onlarla ədalətli olmaqda yardımçı olsun İnşəallah


8 Martın Tarixi Ve Islamda Qadina Verilen Deyer 8 Martın Tarixi  Ve Islamda Qadina Verilen Deyer Reviewed by minbirmahni on 19:59:00 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.